Azercell Azərbaycana yeni texnologiya gətirir

02-12-2015 / 14:31

Bakutel 2015-də məhsullarını sərgiyə çıxaran şirkətlərdən biri də Azercell Telekom-dur.

Xeberler.az bildirir ki, Azercell Telekom MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev Bakutel-də çıxış edərək şirkətin fəaliyyəti və təqdim edəcəyi xidmətlər haqqında məlumat verib.

Şirkət prezidenti bildirib ki, Azercell tərəfindən Azərbaycana yeni texnologiya gətirilir. Yeni texnologiya Wi-Fi üzərindən səsli xidmət göstərəcək. Belə ki, Azercell abunəçiləri bu sistem üzərindən zəng edə biləcəklər.

Yəni, Azercell abunəçilərinin internetləri zəifdirsə, internetə daxil ola bilmirlərsə evdə ADSL internetləri varsa o ADSL çıxışından internetə qoşulub səsli xidmətdən yararlana biləcəklər.

Xidmətin fəaliyyət göstərməsi üçün  şirkət lisenziya almaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə hazırlaşır.

 Xidmətin qiyməti və tətbiqi tarixi hələ məlum deyil. Xidmət yalnız ölkənin daxilində göstəriləcək.

Qeyd edək ki, hazırda Azercell-in 4milyon yarımdan çox abunəçisi var.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə