Azercell bədbəxt hadisə ilə bağlı açıqlama yaydı

29-03-2018 / 20:53

Bu gün mətbuatda Yardımlı rayonunun Zevin kəndində 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Belə ki, hadisənin Azercell Telekom-a aid avadanlıqlar olan ərazidə baş verdiyi qeyd edilir.

Xeberler.az bildirir ki, şirkət məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

“Bu gün mətbuatda Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar kədərləndiyimizi bildirir və həmvətənimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Eyni zamanda Azercell Telekom MMC olaraq rəsmi şəkildə bildiririk ki, hadisə Azercell Telekom MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib və ümumiyyətlə həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb. Bundan başqa Loginet MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə Azercell Telekom MMC arasında əməkdaşlıq münasibətləri mövcud  deyil, Loginet MMC Azercell Telekom MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25.03.2018-ci il tarixdən bu günə qədər qeyd olunan sahədə Azercell Telekom MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib. Xahiş edirik, bu məlumatı Azercell Telekom MMC-nin rəsmi açıqlaması kimi qəbul edib, təmsil etdiyiniz mediada yerləşdirəsiniz və gələcəkdə Azercell Telekom MMC-yə aid xəbərləri dərc etməzdən öncə şirkətin mətbuat xidməti ilə dəqiqləşdirəsiniz”.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə