Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018 / 15:31

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur.

Xeberler.az  məlumat verir ki, Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27
nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov iştirak edirlər.

Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilimizin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu dəfə də nüfuzlu olimpiadada şagirdlərimizin uğur qazanmasına dəstək göstərir.
Belə ki, məktəblilər olimpiadaya yola düşməzdən öncə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi hazırlıq keçiblər. Məşğələlərdə əsas məqsəd şagirdlərin olimpiyada hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə səmərəli hazırlığın həyata keçirilməsi olub.

2019-cu ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri ilk dəfə hələ 1994-cü ildə, iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycan bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində xüsusi qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini  gənclərə çatdırmaqdır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.