Azercell beynəlxalq mükafata layiq görülüb

27-08-2015 / 19:25

Azercell Telekom yenidən nüfuzlu "Stevie Beynəlxalq Biznes Mükafatı"na ("International Business Awards Stevie") layiq görüldü.

Şirkətdən Xeberler.az-a bildiriblər ki, Azercell Telekom telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə "İlin telekommunikasiya şirkəti" mükafatını qazanıb. Bu mükafat dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi əsasında verilir.

"Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.