Azercell bölgə sakinlərinə yeni kampaniya təklif edir

15-08-2018 / 11:59

Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir.

Xeberler.az məlumat verir ki, indi cəmi 0,60 AZN ödəməklə günlük paketə qoşulan abunəçilər 24 saat ərzində limitsiz danışıq və 50 MB həcmində mobil internet imkanı əldə edirlər.

Belə ki, Azercell-in təqdim etdiyi bu sərfəli kampaniyaya qoşulmaq üçün regionlarda yaşayan istifadəçilərin START yazıb 2552-ə göndərmələri kifayətdir. Sözügedən paketi aktivləşdirən abunəçi cari günün sonuna qədər limitsiz danışıqdan və internetdən faydalana bilər. Kampaniya çərçivəsində təqdim edilən limtsiz danışıq yalnız şəbəkədaxili zənglərdə istifadə oluna bilər.

Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidir. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə