Azercell-dən daha bir uğur

08-12-2017 / 15:34

Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  Bakutel 2017 sərgisində şirkətin stendi təşkilatçılar tərəfindən “ən kreativ stend” olaraq mükafatlandırılıb.

Azercell hər il olduğu kimi bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib.

Sərgidə ən çox ziyarət olunan stendlər sırasında yer alan Azercell ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edib.

Bakutel 2017 sərgisinin keçirildiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçilər üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olub.

Stenddə yeni nəsil İT üzrə həll variantları,  4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunub. Onu da qeyd edlk ki, Azercell Telekom MMC bu il Bakutel–in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsoru olub.

Azercell iştirak etdiyi həm yerli, həm də beynəlxalq sərgilərdə dəfələrlə mükafatlandırılıb. Telekommunikasiya və təhsil sərgilərində Azercell-in stendi ən çox ziyarət olunan stendlər sırasında birinci olub.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə