Azercell-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya

01-02-2019 / 12:18

“Azercell Telekom” MMC abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir. Şirkət bu dəfə GəncOL5 tarif paketinin istifadəçilərini sevindirir. Belə ki, 1 Fevral-15 Fevral 2019-cu il tarixləri ərzində yalnız  GəncOL5 abunəçiləri üçün Azercell  "GəncOL8 Endirim” adlı xüsusi kampaniya keçirir. Göstərilən müddət ərzində GəncOL5 istifadəçiləri cəmi 6 AZN ödəməklə GəncOL8 tarif paketinə qoşula biləcəklər.

Xeberler.az  bildirir ki, kampaniyadan yararlanmaq üçün GəncOL5 tarifinin abunəçiləri G8 yazıb 7575 qısa nömrəsinə SMS göndərə və ya mobil telefonlarının ekranında *750*4*2#YES USSD kodunu yığa bilərlər. Kampaniya çərçivəsində GəncOL8 paketinə qoşulan abunəçilər endirimli qiymətdən 90 gün ərzində ümumilikdə 3 dəfə istifadə edə biləcəklər. Beləliklə, ayda cəmi 6 AZN ödəyib GəncOL8 tarif paketinə qoşulmaqla istifadəçilər 4GB internet, GəncOL abunəçiləri arasında danışıqlar üçün 400 pulsuz dəqiqə və şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.

Qeyd edək ki, GəncOL istifadəçiləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 150-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər.  Əlavə məlumat üçün https://www.azercell.com/ru/personal/campaigns/monthly/endirimgencol8/ səhifəsinə daxil olun.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.