Azercell-dən istifadəçilərinə şad xəbər

18-06-2015 / 21:55

 Abunəçilər “Azercell-dən 4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində ilk ay verilən10GB bonus bitdikdən sonra, “SERFELİ” yazıb 2525-ə göndərməklə 10GB=10AZN paketindən yararlana biləcəklər.

Şirkətdən  Xeberler.az-a verilən məlumata  görə,  abunəçi 10GB=10AZN internet paketini 2 üsulla aktiv edə bilər: SERFELİ yazib 2525-ə göndərməklə və Dealer Online proqramı vasitəsilə.

 Qeyd edək ki, 10GB=10AZN internet paketi yalnız ilk ayda abunəçiyə hədiyyə kimi verilən 10GB bonus bitdikdən sonra istifadə oluna bilər. Hər 30 gündən bir avtomatik olaraq yenilənən 10GB=10AZN internet paketindəki 10 GB internetin istifadə müddəti 30 gündür. Amma 10 GB-lik paket 30 gün müddətindən tez bitdikdən sonra da abunəçi internetsiz qalmır. Bu zaman İnternetin sürəti  128 Kb/s təşkil edəcək.

Onu da bildirək ki, 10 GB bonus və ya bonus müddəti (30 gün) bitdikdən sonra mövcud internet paketlərindən istifadə etmək üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir.

Şirkətin  aprel ayında istifadəyə verdiyi “4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində Azercell-dən 4G MiFi and 3G USB modem alan hər bir abunəçiyə 10 GB həcmdə internet hədiyyə olunur. Kampaniya zamanı 3G USB modem  üçün 20 AZN, 4G MiFi üçünsə, 80 AZN verilən nömrənin balansına yüklənilir və bunun qarşılığında abunəçiyə 10 GB pulsuz internet təqdim olunur.

 Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə