Azercell-dən Onlayn Müştəri xidmətləri

06-07-2011 / 11:19

Saat 11:15-dən azercell.com –da Onlayn Müştəri xidmətləri istifadəyə verilib! İstifadəçilər öz hesablarına daxil olamqla istədikləri suala canlı olaraq cavab aıla biləcəklər.

Xidmət hər gün Bakı vaxtı ilə saat 08:00-00:00 arası fəaliyyət göstərəcək.

Xidmət vasitəsilə aşağıda qeyd olunanlardan faydalana bilərsiniz
-Azercelle dair Sizi maraqlandıran suallarla bağlı müraciət edə bilərsiniz;
-Xidmətlər, kampaniyalar və tariflər haqda məlumat əldə edə bilərsiniz;
-Müxtəlif əməliyyatlar həyata keçirə bilərsiniz; Üzləşdiyiniz çətinliklərin həlli yolu haqqında məlumat əldə edə bilərsiniz.

Göstərişlər
-Xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçməlisiniz;
-Sualınızı qısa və aydın şəkildə təqdim etməlisiniz;
-Sual Azercell şirkətinin xidmətlərinə və tariflərinə aid olmalıdır;
-Etik normalara riayət edilməlidir.

Onlayn müştəri xidmətindən istifadə edərkən aşağıdakılar qadağan edilir
-Ünsiyyətdə senzuradan kənar ifadələrdən və sözlərdən istifadə etmək, kobudluq etmək, ünsiyyəti şəbəkə etiketinin normalarına zidd olan tərzdə aparmaq. Bu cür müraciətlərə baxılmayacaq.
-Onlayn müştəri xidmətinin istifadəçiləri qaydalarla tanış olunmuş və onları qəbul etmiş hesab olunurlar və onlar xidmətdən istifadə prosesində riayət etməyi öhdəsinə götürürlər. Qaydaların bilməməzliyi məsuliyyətdən azad etmir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.