Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015 / 18:28

Azercell Telekom öz abunəçilərinə sərfləli tarif paketləri və endirimli kampaniyalar təklif etməkdə davam edir.

Xəbərlər-in verdiyi məlumata görə, bu dəfə şirkət yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sevindirici yenilik təqdim edir. Belə ki, Azercell Telekom MMC bütün Fakturasız xətt (SimSim) abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS hədiyyə edir. Bunun üçün sadəcə 8869 qısa nömrəsinə boş sms mətni göndərmək kifayətdir. Abunəçi heç bir əlavə xidmət haqqı ödəmədən Azercell tərəfindən verilən bu hədiyyəyə sahib ola bilər.  Verilən hədiyyə SMS-lərin son istifadə tarixi 31 avqust 2015-ci ilə qədərdir. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Məlumat üçün bildirək ki,Azercell mütəmmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib.Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə