Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015 / 17:32

Azercell Telekom MMC bu dəfə Novruz Bayramı ilə əlaqədar rominqdə olan abunəçiləri üçün endirim edib. Belə ki, bugündən etibarən martın 31-ə qədər rominq xidməti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində daxil olan zənglər üçün Azercell abunəçilərinə xidmət haqqı tətbiq edilməyəcək.

Əlavə olaraq Fakturalı xətt abunəçiləri “Etisalat” mobil operatorunun şəbəkəsində İnternet xidməti üçün endirimli tariflərdən faydalana biləcəklər. Abunəçilər 1 MB internet üçün ƏDV daxil 0,40 AZN ödəyəcəklər.

Ötən ay Azercell rominqdə olan abunəçiləri üçün daha bir endirim həyata keçirib. Artıq rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominqxidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv etdi. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər.

Bu gündən etibarən həm də, “Hədsiz” tarif paketində olan və yeni aktiv olunan müştərilərə hər faktura dövrü ərzində beynəlxalq zənglər üçün 50 (əlli)  PULSUZ dəqiqə veriləcək və Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya və Almaniyada rominq zamanı edilən zənglərə 40% qədər endirimlər tətbiq olunacaq.

Hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkət yaz mövsümü boyunca sərfəli kampaniya və endirimləri ilə öz abunəçilərini sevindirməkdə davam edəcək.  

Xəbərlər.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə