Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015 / 16:25

Azercell Telekom rominqdə olan abunəçiləri üçün sərfəli yeniliklər və endirimlərini davam etdirir. Şikət bu dəfə mobil internet istifadəçilərini sevindirir. Belə ki, yay mövsümu ilə əlaqədar Azercell-in Fakturalı xətt abunəçiləri rominq xidməti çərçivəsində Türkiyədə endirimli internetdən faydalana biləcəklər. İndi Fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB internet üçün cəmi 55 qəpik ödəyəcəklər.

Xəbərlər-ə verilən məlumata görə, Azercell bu günlərdə bütün Fakturasız xətt (SimSim) abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Şirkət mütəmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir.

Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Şirkət, həm də, Avropanın 20 müxtəlif ölkəsinə səfər edən abunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanını yaratdı.

Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər.

Qeyd edək ki, rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə