Azercell-dən Yeni İl kampaniyası

26-12-2016 / 13:01

Azercell  yeni il münasibəti ilə yeni sərfəli kampaniyalar və unikal xidmətlər ilə abunəçilərini sevindirməyə davam edir.

Xeberler.az-ın məlumatına görə,  şirkət bu münasibətlə abunəçilərinə hazırladığı “Yeni İl 2017” kampaniyasını təqdim edir.

“Yeni İl 2017” kampaniyası abunəçilərə həm 2 fərqli 4g smartfon seçimi, həm də sərfəli danışıq fürsəti verir. Belə ki, 26 dekabr 2016-cı ildən etibarən Azercell abunəçiləri “Yeni İl 2017” kampaniyasına qoşularaq, 1 il ərzində ayda sadəcə 25AZN ödəməklə Lenovo 2016 + 5GB internet və ya ayda cəmi 45AZN ödəməklə General Mobile 5+ smartfonu + 5GB internet əldə edəcəklər.

Bununla yanaşı, kampaniya abunəçiləri ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Express-lərə və Bakı Diler Şəbəkəsinə müraciət etməlidirlər.

Yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell bundan sonra da bu tip sərfəli kampaniyaları abunəçilərinə təqdim edəcək.

Günel 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.