Azercell-dən yeni iPhone kampaniyaları

11-07-2017 / 19:33

Azercell Telekom MMC yay aylarında da müştərilərini sərfəli kampaniyalarla sevindirməyə davam edir.  

Belə ki, iyulun 11-dən etibarən yeni kampaniya çərçivəsində abunəçilər iPhone 7 128GB və iPhone 6S Plus 32GB  kimi 4G-dəstəkli smartfonlarını aylıq uyğun olaraq cəmi 99AZN və 85AZN-dən başlayan ödənişlə əldə edə bilərlər.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  bu kampaniyaya qoşulmaqla abunəçilər smartfonlarla yanaşı, 5GB-dan başlayan internet paketlərindən istifadə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanırlar.

Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər.

Azercell-in bu yay abunəçilərinə təqdim etdiyi kampaniyalara qoşulun, yeni smartfon, mobil inernet və sərfəli danışıq imkanı qazanın. 

 Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Xeberler.az  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə