Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

30-09-2016 / 11:38

 Azercell Telekom öz abunəçilərini yeniliklərlə sevindirməkdə davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  sentyabrın 30-u Azercell-in bütün abunəçiləri üçün yeni inanilmaz fürsət təqdim olunub.

Beləliklə, yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell növbəti sərfəli iPhone kampaniyasını abunəçilərinin ixtiyarına verdi.

Güzəştli şərtlərlə iPhone 6S telefonuna sahib olmaq istəyən abunəçilər ayda cəmi 99 AZN ödəməklə ən müasir smartfon cihazı və Hədsiz Internet paketini əldə edirlər. Qeyd edək ki, həmin aylıq məbləğ daxilində abunəçilər 30GB həcmində mobil internet əldə edəcək və 100 mb/s sürətədək Azercell 4G xidmətinin üstünlüklərindən faydalana biləcəklər.  

Kampaniyaya qoşulmaq üçün abunəçilər paytaxt və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri, Ekspres Ofisləri, eləcə də, Azercell-in rəsmi diler dükanlarına müraciət edə bilərlər.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməyə davam edəcək.

şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə