Azercell-dən yeni xidmət

08-06-2017 / 10:37

Azercell abunəçilərinin gündəlik həyatını daha rahat və dolğun etmək məqsədi ilə növbəti yeni xidmətini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, Azercell Plus adlanan yeni xidmət abunəçilərin gündəlik tələbatlarını ödəyən əlavə xidmətləri özündə birləşdirib. Təqdim olunan xidmətlərin  hamısı müştərilərin rahatlığı üçün bir yerdə toplanıb və müxtəlif kateqoriyalara bölünüb. Belə ki, Azercell Plus vasitəsilə istənilən zaman və yerdə musiqi dinləmək, müxtəlif dillərdə kitab oxumaq, cihazların müdafiəsini təmin etmək, uşaqların İnternetdə keçirdiyi vaxtı idarə etmək, videoları seyr etmək mümkündür. Amma bu da xidmətin çərçivəsində təqdim olunan imkanların tam siyahısı deyil.

Azercell Plus-ın bütün üstünlüklərindən faydalanmaq istəyən Azercell abunəçiləri www.azercell.com/plus saytına daxil olub, orada göstərilmiş müxtəlif kateqoriyalardan arzu olunan xidmət və ya tədbiqetməni seçib, rahat yolla onu cihazına yükləyə bilər. Azercell Plus-a daxil olunmuş xidmət və tədbiqetmələrin siyahısı daim artırılmaqdadır.

Qeyd edək ki, Azercell Plus 07.06.2017-ci il tarixindən etibarən, bütün abunəçilərin ixtiyarına verilib. Xidmət haqqında daha ətraflı məlumatı www.azercell.com/plus saytından əldə etmək olar.

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə