Azercell-dən yenilik

09-12-2015 / 17:39

Azercell Yeni il ərəfəsində “Hədsiz” tarifinin istifadəçiləri üçün internet paketlərində yenilik təqdim edir.

Şirkətdən Xeberler.az-a bildirilib ki, yeniliyə əsasən, “Hədsiz” paketindən istifadə edən abunəçilər bundan sonra xüsusi təkrarlanmayan İnternet paketləri sifariş edə biləcəklər. Yenilikdən yararlanmaq üçün abunəçinin 2525-ə müvafiq  açar sözünu göndərməyi kifayətdir.

Bununla yanaşı “Hədsiz” tarif paketi istifadəçiləri təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər.

Qeyd edək ki,“Hədsiz” tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər əlavə 1MB İnternetin həcminə 0.07 AZN (ƏDV daxil) tarifikasiya tədbiq ediləcək.

Əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Təkrarlanmayan Aylıq İnternet paketlərindən imtina etmək üçün abunə 2525-ə STOPX göndərməlidir. Abunəçilər hər faktura dövrü ərzində müəyyən edilmiş tarixlərdə tarif çərçivəsində verilən internet balansın cari balansını əks etdirən məlumat xarakterli SMS də alacaqlar.

Məlumat üçün bildirək ki, abunəçilər  Hədsiz tarif paketinə  qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. Azercell şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə