Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015 / 15:49

Son 1 il ərzində Mobil Nömrə Daşınmasında müsbət tendensiya müşahidə olunub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, nömrələrini Azercell-ə daşıyan abunəçilərin sayı Azercell-dən digər operatorlara daşıyanlardan daha çox olub.

Ümumilikdə isə ötən ilin sentyabr ayının sonundan indiyə qədər Azercell abunəçilərinin sayı 10 min nəfər artıb.

Azercell Telekom MMC-i seçən abunəçilərinin sayı artmaqdadır.

Hazırda 4,5 mln-dan artıq abunəçi ilə Azercell Azərbaycan mobil rabitə bazarının lider şirkətidir. Xatırladaq ki, 2014-cü ilin fevralın 1-dən etibarən Mobil Nömrə Daşınma xidmətinə start verən Azercell bü gün Bakı və regionlarda özünün 200-dən artıq xidmət  mərkəzi vasitəsilə Azercell şəbəkəsinə qoşulmaq imkanı yaradır.

Onu da qey edək ki, ilin əvvəlindən etibarən Azercell-in mobil internet xidmətindən istifadədə 39 faiz artım qeydə alınıb.  Azercell-in sürətli mobil interneti də olduqca əverişlidir. Son rüb ərzində Azercell-in internet paketlərində 55 faiz endirimin tətbiq olunması , mobil internet trafikinin 39 faiz, gəlirin isə 3.3 faiz artmasına gətirib çıxarıb. Hazırda şirkətin hər ikinci abunəçisi fəal mobil internet istifadəçisidir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.