Azercell Ekskluziv indi Ağcabədidə

10-10-2018 / 16:14

Şirkət müştəriləri üçün hədiyyə kampaniyasını təqdim edir. Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olmasına önəm verən, Bakı ilə yanaşı bölgələrdə də abunəçilərə yüksək standartlara uyğun xidmət göstərməyi hədəfləyən “Azercell Telekom” MMC Ağcabədidə yeni ekskluziv mağazasının açılışını edib. Ü. Hacıbəyli prospekti 68 ünvanında abunəçilərə xidmət göstərəcək mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil olunub.

Xeberler.az  bildirir ki, 10 oktyabr - yeni mağazanın açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq smartfon kampaniyasını da təqdim edir. Belə ki, açılış günündən etibarən 7 gün müddətində Ağcabədi Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell ilin sonunadək bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv mağazalarının sayını artırmağı planlaşdırır. Yeni mağazaların xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Bir sözlə mağazalara müraciət edən abunəçilərin rahatlığı və onlara operativ xidmət göstərilməsi üçün şirkət tərəfindən hər cür imkanlar yaradılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.