Azercell Facebook-da birinci oldu

13-03-2015 / 12:13

Azercell Telekom MMC növbəti dəfə Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində müştəri istəklərinin 100% cavablama nəticəsini əldə edib.

Azercell bu ilin fevral ayı üçün sosial şəbəkə üzərindən müştərilər tərəfindən verilən bütün sualları cavablandırıb və ölkənin bütün brendləri arasında ötən ay üçün liderdir. Xatırladaq ki, Azercell dəfələrlə, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq“Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.

2014-cü ilin ikinci  rübündə Azercell Azərbaycanda ilk dəfə olaraq 100% cavablama nəticəsini əldə edərək rekord göstəriciyə imza atıb. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Onu da qeyd edək ki, sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 400 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.

Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olub. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır. 

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.