Azercell Formula 1 yarışlarına dəstək verir

29-04-2018 / 12:43

Artıq üçüncü ildir ki, ölkəmizdə Formula-1 yarışları keçirilir. Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemi təqdim edir.

Xeberler.az bildirir ki, şirkət tərəfindən Formula 1 tədbirlərinin keçirildiyi ərazilərdə 42-2G, 36-3G və 18 4G radio baza stansiyalarında gücləndirmə və tutum artırılması işləri həyata keçirilib.

Bundan əlavə, 21 baza stansiyada 4-cü, 6 stansiyada 3-cü və 4-cü və daha 2 stansiyada 3-cü daşıyıcı tezlik əlavə edilib. Şirkət Crystal Hall və Formula1 ərazisində daha 3 baza stansiya quraşdırmış, Crystal Hall üçün transmissiya tutumunu 1Gbps -dən 2Gbps-ə qədər artırıb.

Ümumllikdə Crystal Hall-da  2G, 3G və 4G şəbəkəsi üzərində çalışan 8 stansiya hər kəsə yüksək sürətli rabitədən yararlanmağa imkan verir. Azercell və onun tərəfdaşları Ericsson və Huawei şirkətinin peşəkar mühəndisləri tərəfindən əhəmiyyətli şəbəkə gücləndirməsi işləri görülüb. Onu da qeyd edək ki, Azercell  Formula 1 ərazisinin şəbəkə monitorinqi üçün xüsusi olaraq nəzarət xəritəsi də hazırlayıb.


Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə