Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017 / 15:11

Azercell Telekom artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə 4G xidmətini abunəçilərinin ixtiyarına verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  şəhərdə tam olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin  99%-inin 4G şəbəkəsi ilə təmin olunması deməkdır.

“Söz verdiyimiz kimi,  Azercell regionlarda da 4G şəbəkəsini qurur və qədim şəhərimiz Gəncədəki abunəçilərimiz artıq bu xidmətdən faydalana biləcəklər. Abunəçilərimizin yüksək sürətli mobil internetə olan tələbatı daim artdığına görə biz ölkə ərazisində 4G şəbəkəsini genişləndirməkdə davam edirik.  Məqsədimiz odur ki, Azercell abunəçiləri bütün ölkə ərazisində yüksək keyfiyyətli xidmət və sürətli internetdən yararlana bilsinlər. Xoş bir məqamı da vurğulamaq istərdim ki, bir neçə gündən sonra, sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə marafon keçiriləcək. Azercell Telekom Gəncə Marafonunun əsas tərəfdaşıdır və biz çalışdıq ki, 4G şəbəkəsini məhz bu möhtəşəm tədbir ərəfəsində həm gəncəlilərin, həm də marafon iştirakçılarının istifadəsinə verək ” – deyə, şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.

Ümumilikdə, ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahib olan Azercell mobil internetlə bağlı müsbət dinamikanı davam etdirir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artlb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb.

Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. 2017-ci ilin sonuna qədər Azercell Telekom respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür.

Qeyd edək ki, Azercell Telekom şəbəkəsini genişləndirmək və xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, müştəriləri üçün sürətli interneti daha əlçatan və əlverişli etmək istəyir. Bu məqsədilə şirkət öz abunəçiləri üçün müxtəlif qüzəştli tarif paketləri və eksklüziv kampaniyalar təklif edir.

Azercell-in xidmətləri və tarifləri haqında daha ətraflı məlumatı www.azercell.com saytından əldə edə bilərsiz.  

Xeberler.az

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə