Azercell-i hansı qurum alır?

12-02-2018 / 21:55

Azercell şirkətinin əsas və keçmiş səhmdarlarından olan TeliaSonera MDB mobil bazarından uzaqlaşmaq qərarı verəndən sonra bu mobil operatorun, o cümlədən də bu bazardakı digər operatorların (Kcell, Geocell, Moldcell və s.) kimlər tərəfindən alınacağı ciddi maraq doğururdu. 

Məlumdur ki, MDB –də TeliaSonera bu operatorlar üzərində öz idarəçiliyini FinTur Holding vasitəsilə həyata keçirirdi. Bunun da səhmlərinin bir hissəsi Turkcell-ə məxsus idi. 

Odur ki, TelioSonera korrupsiya qalmaqallarından usanıb MDB bazarını tərk edərək Avropa bazarlarına üz tutmaq qərarını verəndən sonra Turkcell dərhal Azercell –i almaq istəyini bildirmişdi.

Lakin nədənsə Turkcell-in Azercell-in bütün səhmlərini əldə etmək istəyi uğursuz alındı.

Bu barədə məsələni Xeberler.az-a şərh edən Azərbaycan İnternet Forumunun prezidenti, Osman Gündüz deyib. 

Ekspert iddia edir ki, Azercell-i elə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi( NRYTN) , daha doğrusu Nazirliyin bir qurumu alır. Hələlik isə hansısa səbəblərdən bu haqda rəsmi açıqlanma verilməyib:

"Belə görünür ki, elə Qazaxstanda da oxşar varianta üstünlük verilib.  Bu ölkənin əsas milli operatoru KazaxTelekom élan edib ki, Kcell operatorunun səhmlərinin böyük hissəsini almaq üçün dövlətin antimonopol qurumuna müraciət edib.
Sadəcə fərq ondan ibarətdir ki,  bizdəki milli operator olan Aztelekom-dan fərqli olaraq Kazaxtelekom çoxdan özəlləşdirilib".

Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə görə Aztelekom və Baktelecom (keçmiş BTRİB) dövlət qurumları da yaxın vaxtlarda özəlləşdirilməlidir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.