“Azercell” “İlin telekommunikasiya Şirkəti” oldu

21-12-2009 / 18:49

2006-ci ildən “Consulting and Business” jurnalı ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkətləri “İlin Şirkəti” Milli Biznes Mükafatı ilə təltif edir. Mükafatın bu ilki sahiblərindən biri “Azercell Telekom” MMC-dir.

Bu dəfə şirkət iki ayrı nominasiya üzrə mükafatlandırılıb. “Azercell” həm “İlin Şirkəti” Ali Mükafatına layiq görülüb, həm də “İlin telekommunikasiya Şirkəti” nominasiyasının qalibi olub. Mükafatın təqdimat mərasimi “Azercell Telekom”un sponsorluğu ilə dekabrın 19-da Gülüstan sarayında keçirilib. 

Mükafatların təqdimatından sonra mərasim musiqili qonaqların ifaları ilə davam etdirilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.