Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015 / 19:57

Azercell British Council ilə birgə peşə təhsili sahəsində İKT və telekommunikasiya istiqaməti üzrə yeni layihə həyata keçirəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində peşə məktəblərində İKT və telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və qabiliyyətlərinin artırılması və həmin məktəblərdə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.”İş Dünyası üçün Bacarıqlar” adlı layihənin əsas məqsədi təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ölkədə peşə təhsilinin inkişafına töhfə verməkdir.

Sözügedən layihə çərçivəsində Bakıda yerləşən İKT və telekommunikasiya ixtisası tədris edilən peşə məktəblərinin şagirdlərinin sahibkarlıq və işgüzar etikanın əsasları, həmçinin işə hazırlıq bacarıqları üzrə təlimlərdə iştirakı da nəzərdə tutulub. Təlimləri uğurla bitirən şagirdlər Azercell təşkilatının dəstəyi ilə sahə üzrə təcrübə proqramı keçmək imkanını qazanacaqlar.

Həmçinin layihə çərçivəsində həmin peşə məktəblərində fəaliyyət göstərən müəllimlər üçün təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və münasibətlərin qurulması mövzuları üzrə təlimlər təşkil ediləcək. Təlimləri uğurla tamamlayan müəllimlər daha sonra təlimçilərin təlimində iştirak etmək imkanını qazanacaqlar ki, bu da sahə üzrə peşəkar təlimçilərin inkişafına öz töhfəsini verəcək.

Müəllimlər üçün təlimlər Böyük Britaniyadan dəvət olunan peşəkar təlimçi tərəfindən həyata keçiriləcək. Layihənin açılışında çıxış edən Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyev bu cür təşəbbüslərin Azərbaycanlı gənclərin müxtəlif peşə sahibləri kimi yetişərək gələcəkdə sərbəst şəkildə fəaliyyətinə böyük dəstək verdiyini vurğulayıb.

Layihədə Bakıda yerləşən peşə məktəblərinin İKT və telekommunikasiya ixtisası üzrə təhsil alan seçilmiş 120 nəfər sonuncu kurs şagirdləri və həmin məktəblərin eyni ixtisas üzrə çalışan 30 nəfər müəllimlərin iştirakı gözlənilir.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.