Azercell-in Gənc OL tarifi yenilənib

18-09-2015 / 15:13

Azercell-in Gənc OL tarifi yenilənib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, şirkət abunəçilərinə Gənc OL tarifi daxilində yeni sərfəli danışıq paketləri və endirimlərdən yararlanmaq imkanı verir.

Belə ki, indi hər kəs Gənc OL tarifinə qoşula bilər. Azercell-in yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq., 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Aylıq

Paketlər

G5

G8

Paketin qiyməti

5 AZN

8 AZN

İnternet

2GB

4GB

Tarifdaxili zənglər (dəq)

200

400

SMS (şəbəkəici)

200

400

Ölkədaxili zənglər (dəq)

0.05 AZN

 

Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla hər kəs, eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilər. Portala daxil olmaqla abunəçilər eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan faydalana bilər. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər. Gənc OL paketinin təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulan abunəçilər ParkCinema və 28 Cinema kinoteatrlarında həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə edəcək. Bundan əlavə, Sabina mağazalar şəbəkəsi, Papa John’s, Sultan Ahmet restoranları, Baku Carting, Astral Labirint əyləncə mərkəzləri, Kaspi Təhsil Mərkəzi və Uber Taxi xidmətlərinə sərfəli endirim əldə edə biləcəklər. Qeyd edək ki, tarif paketlərinin istifadə müddəti 3 ay təşkil edir və 17.12.15 tarixinə qədər davam edəcək.

Bütün Gənc OL abunəçiləri daha ətraflı məlumat üçün www.gencol.az saytından faydalana bilər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə