Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

10-09-2015 / 14:15

Azercell-in Mobil Göz Klinikası yay aylarında yüzlərlə insanı pulsuz müayinə edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir. Hər zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin, ahıllar və aztəminatlı ailələrə də xidmət göstərib.

2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar. Təkcə bu ilin son 7 ayı ərzində Azercell-in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Azercell-in bu uğurlu layihəsi payız və qış aylarında ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.