Azercell-in növbəti Eksklüzivi Qazaxda

05-11-2018 / 10:18

“Azercell Telekom” MMC növbəti Eksklüziv mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkətin Qazax rayonu, Firuddin Şamoyev küçəsi, 1A ünvanında açılan mağazası ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil edilib.

Mağazada abunəçilər müştəri xdimətlərində edilən əksər əməliyyatları, telefon danışığına görə ödəmələri həyata keçirə və istədikləri mobil cihazlarları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Mağazanın açılışında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

Digər ekskluziv mağazalarda olduğu kimi, Azercell Qazaxdakı müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, 2 noyabrdan etibarən 7 gün müddətində Qazax Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küç. 265) və Ağcabədidə (Ü. Hacıbəyli pr., 68) abunəçilərin ixtiyarına verilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.