Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

14-07-2016 / 10:35

Azercell Telekom təklif etdiyi xidmətlərin müştərilər tərəfindən daha rahat istifadəsi üçün hər zaman son texnoloji imkanlardan yararlanaraq yeniliklər tətbiq edir.

Belə ki, ölkəmizdə ilk dəfə olaraq 2011-ci ildə Azercell tərəfindən istifadəyə verilən Onlayn Müştəri Xidmətləri portalında da istifadəçilər üçün bir sıra yeniliklər edilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  daha müasir və xoş dizaynda abunəçilərə təqdim edilən Onlayn Müştəri Xidmətləri portalında indi qeydiyyat forması daha da sadələşdirilib. Azercell müştəri xidmətinə hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abunəçilər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdən sonra şifrə birbaşa abunəçinin mobil telefonuna göndərilir.

Saytda qeydiyyatdan keçən abunəçilər dərhal müştəri xidmətləri əməkdaşı ilə real zaman rejimində söhbət (çat) aparıb onlara istədikləri sualı verə və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edə bilər. Bundan əlavə, müştəri xidmətləri əməkdaşı ilə yazışma zamanı abunəçi, ehtiyac olan zaman hər hansı məktub, sənəd, və ya fakturanı da əlavə edərək göndərə bilər. Ən önəmli yenilik isə ondan ibarətdir ki, indi abunəçilər mobil telefonlarından daha rahat şəkildə onlayn müştəri xidmətləri portalından istifadə edə bilər.

Abunəçilər Azercell-in təqdim etdiyi Onlayn Xidmətlərdən buradan  yararlana bilər.

Onu da qeyd edək ki, bu xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün də faydalıdır. Onlar rominqdə ikən beynəlxalq zənglərə pul xərcləmədən Azercell ilə əlaqə yaradır, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldirlər. Onlayn müştəri xidmətləri bütün kateqoriyaya aid abunəçilər - Fakturalı Xətt, Fakturasız Xətt (SimSim) və Korporativ abunəçilər üçün tətbiq edilir.

 Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.