Azercell-in prezidenti tələbələrlə görüşüb-Foto

15-12-2017 / 16:59

Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir.

Xeberler.az-ın məlumatına görə,  şirkətin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və tələbələrlə görüşüb. 

Görüşdə Unversitet ilə yeni əməkdaşlıq prespektivləri müzakirə olunub. Vahid Mürsəliyev rəhbərlik etdiyi şirkətin ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin ikişafına təkan verən layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib:

“Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Xüsusilə də texniki sahədə təhsil alan tələbələrin peşəkar inkişafı, onların sahibkarlıq və biznesə cəlb olunması üçün biz təqaüd və təcrübə proqramları təşkil edir, Bakıda və regionlarda bir sıra universitetlərlə əməkdaşlıq layihələri imzalamışıq” - deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrə dəstək olacağını bildirib, onlara təhsillərində və gələcək karyeralarında uğurlar diləyib.

Vahid Mürsəliyev tələbələrə öz həyat yolu və Azercell-in 21 illik fəaliyyəti haqqında da məlumat verib. Görüşün sonunda şirkət prezidenti tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə