Azercell-in “pulsuz 5 saat” kampaniyasının vaxtı uzadıldı

01-04-2015 / 11:05

Azercell  Novruz Bayramı ərəfəsində abunəçilərinə təqdim etdiyi "Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddətini uzadıb.

Şirkətdən Xəbərlər.az-a daxil olan məlumata görə,  indi abunəçilər bu kampaniyadan  aprelin 6-na qədər  6  qədər yararlana biləcəklər.

Qeyd edək ki,  Azercell yeni fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini Azercell fakturasız xətt sisteminə daşıyan abunəçiləri üçün  martın 3-dən  yeni kampaniyaya start verib.  Belə ki, kampaniyanın şərtlərinə görə,SimSim nömrəsi aktivləşdirən hər kəs ayda ən azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, abunəçi nömrədə mövcud Bizimkilər tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə