Azercell-in sosial layihələri davam edir

28-07-2015 / 17:19

Azercell Telekom MMC-nin ötən ildən etibarən həyata keçirdiyi  “Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olmaqda davam edir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, iyulun 24-27-də bu sosial layihənin şüarı altında 2 nəfər gənc  Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhəddinədək qaçış edərək siqaretə “yox” deyib. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb siqaretdən uzaq durmağa səsləyib.

Azercell şirkəti bu təşəbbüsün telekommunaksiya dəstəkçisi  olaraq bu müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil İnternetin digər xidmətlərindən yararlanmasına yardım edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə