Azercell-in tarif paketinə qoşulan abunəçilərə endirim imkanı

19-11-2015 / 12:33

Azerell Telekom-un sentyabr ayında istifadəyə verdiyi yenilənmiş Gənc OL tarifi abunəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Şirkətdən Xeberler.az-a bildirilib ki, iki ay ərzində abunəçilər 1000 dəfəyə yaxın sözügedən paketin təqdim etdiyi endirimlərdən yararlanıblar. İndi isə Azercell Gənc OL tarifi abunəçiləri 18 məkanda çox sərfəli endirimdən istifadə imkanı yaradır:

 

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər. 

Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər.  Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır.

Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə