Azercell internet istifadəsini rahatlaşdırdı

09-08-2016 / 16:36

Ölkənin lider mobil operatoru Azercell Telekom abunəçilərin sürətli və sərfəli mobil internetə artan tələbatını nəzərə alaraq bu xidmətdən yeni rahat istifadə imkanı yaradıb.

Bu dəfə şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilərimiz üçün internet paketlərlərindən istifadə daha da rahatlaşdı.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  internet paketi bitən zaman abünəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: Mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).

Bu xidmətin ən əsas üstünlüyü isə ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır. Abunəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir.

Məlumat üçün bildirək ki, Azercell son bir il ərzində mobil internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.  Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli etdi. 

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə