Azercell mediada yenə 1-ci oldu

02-10-2017 / 13:28

MC&S-in media monitorinq qrupu  01-30 sentyabr 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az-ın məlumatına görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (828 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1674 məlumat), sığorta şirkətləri arasında Standart  (141 məlumat),  ali məktəblər arasında BDU (1158  məlumat),  otel və biznes mərkəzləri  arasında JW Marriott Absheron Baku ( 64 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr Facebook səhifəsində yerləşdirilib.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.