Azercell mobil xidmətin keyfiyyətini necə yoxlayır?

01-03-2017 / 14:59

Əksər vaxt mobil telefon istifadəçilərin operatorların xidmət keyfiyyətindən narazılığı ilə qarşılaşırıq.

Bu barədə oxucularımız tez-tez Xeberler.az-a öz şikayət və rəylərini bildirir. Belə ki, onlar tələb edirlər bu barədə araşdırma aparaq, mobil xidmətin keyfiyyətinin aşağı olmasının səbələrini dəqiqləşdirək.

Məlumat verdiyimiz kimi, ötən günlərdə Azercell həm 2016-c  il, həm də ümumilikdə 20 illiyinə həsr edilmiş mətbuat konfransı keçirildi.

Elə fürsətdən istifadə edib, bu suallarla Azercell-in prezidenti Vahid Mürsəliyevə müraciət etdik.

Görəsən, mobil operator xidmət keyfiyyətini necə araşdırır, müştərilərin müraciətləri və şikayətləri necə dəyərləndirilir?

Bu barədə saytımızın suallarını cavablandıran şirkət prezidenti  Vahid Mürsəliyev bildirib ki, Azercell bu məsələni daim diqqətdə saxlayır.

Onun sözlərinə görə, müştəri məmnuniyyəti Azercell-in üçün 1 nömrəli prioritetdir.

Mobil xidmətin keyfiyyəti ilə bağlı monitorinq məsələsinə toxunan Vahid Mürsəliyev qeyd edib ki, bu fəaliyyət üçün xüsusi Net Promoter Score sistemindən istifadə edilərək dəyərləndirmə aparılır:

"Net Promoter Score sistemi ilə müştərilərimizə təqdim edilən xidmətin keyfyyəti yoxlanılır. Həmin sistemdə göstərilən faizdən müəyyən edə bilirik ki, müştərilər bizdən nə dərəcədə razıdır”.

Şirkət prezidenti qeyd edib ki, ötən ilin 2-ci yarısında bu göstərici az qala 2 dəfə artıb.

Şirkətin digər əməkdaşlarının da iştirak etdiyi tədbirdə öyrənirik ki, müştəri xidmətlərinin kefyiyyəti ilə bağlı da daim monitorinq aparılır. Belə ki, Azercell-in Call Center-nə daxil edilən bütün müraciətlər müvafiq departamentlər tərəfindən araşdırılır və onlara operativ məlumat verilir.

O da qeyd edilib ki, Bakıda və rayonlarda şirkətin xidmət keyfiyyəti xüsusi avadanlıq vasitəsi ilə test edilir və bunun nəticəsinə uyğun araşdırma aparılaraq nəticələr barədə tədbirlər görülür. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə