Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015 / 17:07

Ölkədə təhsilin inkişafına hər zaman dəstək verən Azercell Telekom MMC-nin  British Council ilə birgə həyata keçirdikləri peşə təhsili sahəsində “İş Dünyası üçün Bacarıqlar” layihəsi çərçivəsində təlimlərin ilk mərhələsinə başlanıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, təlimlər Böyük Britaniyadan  dəvət olunmuş mütəxəssis tərəfindən dekabrın  15-17 –də de 5 nömrəli Bakı peşə liseyində keçirilib.

Təlimlərdə ərizələrin qəbulu yolu ilə seçilmiş Bakıda yerləşən müxtəlif peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib.

Təlimlər zamanı müəllimlər peşə təhsili üzrə effektiv təlim  modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması kimi mövzular üzrə biliklər əldə ediblər.

Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi Bakıda  yerləşən peşə məktəblərində İKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik və  qabiliyyətlərinin artırılması və həmin məktəblərdə aidiyyatlı sahə üzrə fəaliyyət göstərən müəllimlərin  peşə təhsilində effektiv tədris metodları üzrə təlimlərin keçirilməsi ilə qabiliyyət potensialının inkişaf etdirilməsidir. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.