Azercell mükəmməl rabitə, təmiz ekologiya uğrunda çalışır

02-10-2015 / 17:57

Ətraf mühitin təmiz saxlanılmasına diqqət yetirən Azercell maksimum səviyyədə ekoloji zərərsiz olmaq niyyətindədir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu səbəbdən Azercell hazırda Northern Automation şirkəti ilə birgə hibrid enerji sistemlərinin tətbiqinə keçid üzərində çalışır. Xatırladaq ki, hələ 2009-cu ildə Azercell ölkədə və regionda günəş enerjisi ilə çalışan ilk “yaşıl” radio baza stansiyasını işə salmışdı. Əvvəlkilərə nisbətən yeni Litium akkumulyatorlar daha tez – cəmi 2,5 saata tam enerji ilə dolur. Bu da cihazın yarımçıq halda işə düşməsinin qarşısını alır, cihazın uzunömürlü olmasına təsir göstərir.

Artıq Azercell tərəfindən 2 belə akkumulyator alınıb və yerlərdə quraşdırılıb, sınaq testləri aparılır. Bundan əlavə, Azerell tamamilə elektrik enerjisinin iştirakı olmadan, günəş enerjisi ilə çalışan iki ədəd yeni sayt da quraşdırıb. Huawei şirkəti ilə birgə quraşdırılan bu stansiyalar gündüz yalnız günəş enerjisi hesabına işləyir. Günəş enerjisi ilə işləyən saytlarda isə generator 6 ay ərzində cəmi 30 saat işləyərək 75 litr yanacaq sərf edib.

Qeyd edək ki, ekologiyanın qayğısına qalaraq abunəçilərini yüksək keyfiyyətli şəbəkə ilə təmin etmək üçün ən müasir avadanlıqlardan istifadə edən Azercell hazırda ölkə üzrə ümumilikdə 4932 2G/3G/4G radio baza stansiyasına və 1464 ikinci daşıyıcı stansiyaya malikdir və bu saytların sayı daim artırılır. Təkcə bu ilin avqustunda 60-a yaxın yeni radio baza stansiyası quraşdırılıb.

Beləliklə, Azercell nəinki rabitə keyfiyyətini mükəmməlləşdirir, həmçinin yaşıl RBS-lərin sayını artırmaqla Azərbaycan xalqının sağlamlığını və gələcəyini düşünür, ətraf mühiti qoruyur və  hər kəsi belə təşəbbüslərə qoşulmağa çağırır.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə