Azercell müştərilərə xəbərdarlıq edib

07-10-2016 / 10:21

Noyabrın 8-dən Azercell-in  şirkətinin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gəncsim” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik, “Bölgə” tarifi çərçivəsində isə 4 qəpik təşkil edəcək.

Xeberler.az  məlumat verir ki, şirkətin elanına görə, “Gəncol” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik olacaq.

Eyni zamanda, qeyd edilən tarixdən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik təşkil edəcək.

“Hədsiz” və “Hədsiz zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti də 5 qəpik olacaq.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.