Azercell Neftçalada yeni AzEks istifadəyə verdi

22-07-2015 / 16:56

Azercell Telekom Bakıda və  eləcə də regionlarda  Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, iyulun 22- dən etibarən Azercell Neftçalada Heydər Əliyev prospekti, 29a ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.

Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.  

Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən Azercell-in hazırda Bakıda 15, regionlarda isə 34 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 49-a çatıb.

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.