“Azercell” nəhayət ki, 3G-nin tətbiqinə başlayır

18-11-2011 / 14:11
“Azercell” bu gündən Azərbaycanda 3G-nin tətbiqinə başlayır. Bununla bağlı “Azercell”in rəhbəri Ali Ağan və Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov birgə mətbuat konfransı keçiriblər. A. Ağan bildirib ki, onlar uzun müddətdən bəri planlaşdırdıqları bu texnologiyanı tətbiq edə bildilər. Şirkət rəhbəri 3G-nin tətbiqi ilə əlaqədar olaraq “Azercell”də internet tariflərinin 60 faiz endirildiyini, internetin sürətinin artırıldığını vürğülayıb: “Azercell”də videozənglərlə səsli zənglərin qiyməti eyni olacaq. Bütün ölkə ərazisində 3G-dən istifadə etmək mümkündür”.

İ. Məmmədov isə bildirib ki, yaxın günlərdə “Bakcell” də 3G-nin tətbiqinə başlayacaq.

“Azercell”in rəhbəri A. Ağan 3G ilə bağlı hansı tezlikdən istifadə etdiklərini açıqlamayıb: “Biz bu problemi artıq həll etmişik. Belə bir şad gündən b məsələlərdən danışmaq istəmirik. Əsas məsələ odur ki, problem həll olunub”.

Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə