Azercell növbəti beynəlxalq mükafatı qazandı

21-08-2018 / 17:47

Abunəçilərinə təklif etdiyi keyfiyyətli xidmət, etibarlı şəbəkə, sərfəli kampaniyalar və eyni zamanda həyata keçirdiyi çoxsaylı sosial layihələr Azercell Telekom MMC-yə daha bir beynəlxalq mükafatı qazandırıb.

Xeberler.az məlumat verir ki, şirkət beynəxalq aləmdə nüfuzlu ödül kimi qəbul edilən Stevie Beynəlxalq Biznes Mükafatında 2 nominasiya üzrə qalib olub. Dünyanın 200-dən çox mötəbər biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin iki aydan çox müddətdə apardığı qiymətləndirmə nəticəsində topladığı yüksək ortalama bala əsasən İlin Telekommunikasiya Şirkəti İlin Korporativ Sosial Məsuliyyət Proqramı nominasiyalarında Bürünc Stevie mükafatına layiq görülüb.

Azercell-in Korporativ Sosial Məsuliyyət və eyni zamanda İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr Stevie mükfatında qalibi olmağa əsas verib. Fəaliyyət göstərdiyi 21 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə sahibkarlığın, təhsilin inkişafına, uşaq hüquqlarının qorunmasına yönəlik müxtəlif sosial layihələrin həyata keçirilməsinə, 20 milyon ABŞ dollarından yuxarı vəsait sərf edib. 2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən uğurlu fəaliyyət kimi dəyərləndirilib. Belə ki, İnternetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzusunda açıq təlimlər həyata keçirir, kiber təhlükəsizliyə dair müxtəlif yaş təbəqəli insanlar üçün Azercell Plus Təhlükəsizlik proqramı çərçivəsində eksklüziv tətbiqlər təqdim edir və bu linkə daxil olaraq tanış ola bilərsiniz. Stevie beynəlxalq mükafatının münsiflər heyətini Azercell-in xeyrinə səs verməyə vadar edən səbəblərdən biri də şirkətin 2017-ci ildə Investors in People (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafa görə MDB məkanında ilk və yeganə QIZIL sertifikatı qazanması oldu.

Məlumat üçün bildirək ki, Stevie mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir.

Qeyd edək ki, Azercell Telekom MMC Stevie mükfatında 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə İlin İctimaiyyətlə Əlaqələr Şirkəti, 2012-də ətraf mühitin qorunmasına xidmət edən Karbon Kalkulyator layihəsinə görə İlin Kreativ Komandası, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu, İlin Telekommunikasiya Şirkəti, İlin ən yaxşı Müştəri Xidməti, 2016-cı ildə isə İlin telekommunikasiya şirkəti nominasiyalarının qalibi olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə