Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019 / 17:06

Fəaliyyəti boyunca tələbələrin peşəkar və fərdi fəaliyyətinə dəstək olan "Azercell" növbəti dəfə karyera sərgisində iştirak edib. 

Xeberler.az bildirir ki, mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilmiş VI məzun-karyera sərgisində "Azercell" şirkətinin İnsan qaynaqları departamentinin mütəxəssisləri tələbələrlə görüşüb, onların suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən təcrübə və təqaüd proqramları barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, bu il "Azercell" şirkəti istedadlı gənclərin karyera qurmasına dəstək olmaq məqsədilə tələbələr üçün "Azercell-Lab" - ödənişli təcrübə proqramını elan edib. Təcrübə proqramı çərçivəsində tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif olunub: "IT-Lab" və "Biznes-Lab". Seçim mərhələlərini uğurla keçmiş tələbələr iyulun 1-dən başlayaraq "IT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək fürsətini əldə edəcəklər. Əlavə olaraq, təcrübəçilər "Azercell" tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.

Azərbaycanda təhsilin inkişafına daim töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən "Azercell" şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.