“Azercell” Qusarda yeni radio-baza stansiyasını istifadəyə verib

27-12-2008 / 01:02

  “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyət əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusarda yeni radio-baza stansiyasını istifadəyə verib.

  Şirkətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qusarın ucqar dağ kəndi olan Əniğdə istifadəyə verilən 1500-cü stansiyanın açılış mərasimində "Azercell Telekom" MMC-nin prezidenti A.Halim Ateş, vitse-prezidenti Ali Ağan, şirkətin məsul əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.
A.Halim Ateş çıxışında bildirib ki, yeni stansiya həm "Azercell"-in əhatə dairəsini genişləndirmək, həm də ölkə rəhbərliyinin həyata keçirdiyi regionların inkişafı proqramına dəstək baxımından olduqca önəmlidir: "Hər zaman demişik ki, biz Azərbaycanda olmaqdan, Azərbaycana xidmət göstərməkdən qürur duyuruq. İstəyirik ki, gördüyümüz işə görə Azərbaycan da bizimlə qürur duysun. İnanıram ki, bu birlikdəlik davam etdikcə buna nail olacağıq. Birlikdə mümkün olduğu qədər daha yüksək zirvələrə çatacağıq".


  Qusar rayon icra başçısının müavini Elman Mustafayev isə Əniğ kəndində ötürücü stansiyanın istifadəyə verilməsini keyfiyyətli rabitənin təminatı üçün həyata keçirilən önəmli addım kimi qiymətləndirib: "Dəniz səviyyəssindən təxminən 1500 metr hündürlükdə olan bu ötürücü rayonun 6 kəndinə xidmət edir. Bu ötürücünün 8 min nəfər sakinimizi əhatə edəcək, onları daha dayanıqlı rabitə ilə təmin edəcək. Həmçinin mövsüm zamanı bura gələcək turistlərin rahatlığının təmin olunması baxımınan da önəmlidir".


  Daha sonra Xaçmaz şəhərində "Azercell Telekom" MMC-nin yeni Azercell Ekspres ofisininin açılışı olub. Xaçmaz rayon ictimaiyyətinin, “Azercell” rəhbərliyi və mətbuat nümayəndələrinin iştirak etdiyi açılış mərasimdə iştirak edən Xaçmaz şəhər icra başçısı Şəmsəddin Xanbabayev ofisin yeni il ərəfəsində açılmasını da əlamətdar hadisə kimi qiymətləndirib.


  Qeyd edək ki, yeni açılan Azercell Expres ofisinin konsepsiyasının əsasını bir nöqtədə üç xidmət təşkil edir. Yəni istənilən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. "Azercell" şirkəti tək Azərbaycanda deyil, bütün regionda "one stop shopping" adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir. Şirkət bundan sonra da regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir. Hövbəti belə ofislərin Qəbələ, Şəki, Zaqatala, Sumqayıt, Gəncə və digər bölgələrdə açılması nəzərdə tutulub.LENT.AZ

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.