Azercell regionlarda Ekspres ofislərinin sayını artırır

16-07-2015 / 15:53

Azercell Telekom Bakıda və  eləcə də regionlarda  Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, iyulun 16-dan şirkət Hacıqabulda İsmət Qayıbov 9 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi “bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. 

Azercell-in hazırda Bakıda 15, regionlarda isə 33 Ekspres ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumillikdə isə Azərbaycan üzrə Ekspres ofislərinin sayı 48-ə çatıb. Hacıqabulda açılan yeni ofis sakinlərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunə xidmətindən yararlanmağa imkan yaradacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə