Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015 / 17:13

Yay mövsümü ilə əlaqədar Azercell Telekom rominqdə olan abunəçiləri üçün yeniliklərini davam etdirir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, Azercell bu dəfə mobil İnternet istifadəçilərini sevindirir. İndi Azercell-in Fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində Türkiyədə endirimli və sərfəli İnternetdən faydalana biləcəklər. Belə ki, fakturasız xətt abunəçiləri qonşu Türkiyədə olarkən 100 MB İnternet üçün cəmi 10 manat ödəyəcəklər. İnternet paketinə abunə olmaq üçün 8809 qısa nömrəsinə 100 MB sözünü yazıb göndərmək lazımdır. Abunəçi sifariş etdiyi İnternet paketindən 30 təqvim günü ərzində istifadə edə bilər. Eyni zamanda, 8809 qısa nömrəsinə boş SMS göndərərək paket çərçivəsində olan balans haqqinda məlumat əldə edilə bilər.

Qeyd edək ki, Azercell bu yay bütün SimSim abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Eyni zamanda, ötən aydan etibarən  fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB İnternet üçün cəmi 55 qəpik ödəyirlər.

Şirkət mütəmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell fakturalı və fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Şirkət həm də Avropanın 20 müxtəlif ölkəsinə səfər edən abunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanını yaradıb. Azercell həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdır.

 

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.