Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015 / 17:13

2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirən Azercell şirkəti bu ilin əvvəlindən indiyə qədər yeni 2G, 3G və 4G baza stansiyasını abunəçilərin istifadəsinə verib.

Xəbərlər-in verdiyi məlumata görə, təkcə son 3 ayda Azercell 20 sayda 2G, 84 sayda 3G və 7 sayda 4G baza stansiyası quraşdırıb. Ümumillikdə, hal-hazırda ölkə ərazisində Azercell-in 2680 sayda 2G, 1844 sayda 3G və 264 sayda 4G baza stansiyası mövcuddur.

Azercell toplam 4788 baza stansiyası ilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% faiz daha da gücləndirib.

Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə