Azercell şirkəti 4G ilə bağlı sınaq şəbəkəsini yaratdı

02-12-2011 / 19:04
Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Məlumata görə, mobil rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq.

Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli bu cür layihələrin köməyilə Azərbaycan gənclərinin son texnoloji yeniliklərlə ayaqlaşa bilmələrindən böyük məmnunluq duyduğunu söyləyib. Daha sonra Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan çıxış edərək şirkətin həyata keçirdiyi yeniliklərdən geniş məlumat verib:

“4G texnologiyasının imkanlarından yararlanmaq tələbələrimizə müxtəlif bilgilərə daha asan yiyələnmə imknlarının olması deməkdir. Siz - tələbələr müxtəlif bilgilərdən yararlanaraq nə qədər irəli addımlamış olsanız, təhsil aldığınız Universiteti və Azərbaycanı da bir o qədər irəli aparmış olacaqsınız” – deyən Ali Ağan layihənin gerçəkləşməsi üçün əməyi keçmiş bütün qurumlara öz təşəkkürünü bildirib.

Daha sonra ZTE şirkətinin 4G sınaq layihəsinin rəhbəri Hasan Gökhan tədbir iştirakçılarına 4G texnologiyasının imkanlarını nümayiş etdirdi. Burada böyük həcmli datanın 80 mbit/s sürətilə ötürülməsi nümayiş olundu və bunun nəticəsində HD formatında videoçarx onlayn rejimdə izlənildi.

Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə