Azercell Socially Devoted sertifikatına layiq görülüb

20-07-2018 / 13:23

Azercell Telekom MMC yüksək xidmət səviyyəsini və peşəkarlığını bir daha sübut edib.

Xeberler.az məlumat verir ki, 2018-ci ilin birinci rübündə rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni operativ şəkildə cavablandırdığına görə beynəlxalq Socialbakers şirkəti tərəfindən Socially Devoted sertifikatına layiq görülüb.

Qeyd edək ki, Azercell-in rəsmi Facebook səhifəsində 440 000-dən artıq izləyici var və bu rəqəm böyümə dinamikasına malikdir. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, bu göstərici ilə növbəti dəfə digər mobil operatorları geridə qoyub. Şirkətin Twitter, İnstagram rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 600 000-ə yaxın istifadəçisi var. Onlar 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və 6 fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Bildirək ki, Socialbakers dünyada sosial şəbəkələrin monitorinqini apararaq, 75 ölkədən çox olan minlərlə abunəçiyə xidmət göstərir. Şirkət müştəri suallarının cavablandırılması səviyyəsi üzrə yüksək göstəriciyə imza atan şirkətləri mükafatla təltif edir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.