Azercell sosial layihələrini davam etdirir

17-08-2018 / 12:21

Azercell Telekom MMC-nin həyata keçirdiyi Mobil Göz Klinikası və Mobil Diş Klinikası layihələri isti yay aylarında da fəaliyyətlərini davam etdirib.

Xeberler.az məlumat verir ki, mütəmadi olaraq uşaq və ahıllar evlərinə səfər edən Mobil Diş Klinikası-nın həkimləri iyul ayında Zabrat qəsəbəsində sosial sığınacaqda məskunlaşan 18 uşağın dişini müayinə və müalicə ediblər.

Qeyd edək ki, uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönələn Azercell-in ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Diş Klinikası, demək olar ki, ölkəmizin bütün bölgələrində təcili qayğıya ehtiyacı olan insanlara pulsuz tibbi yardımını davam etdirməyi planlaşdırır.

Belə ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan Mobil Göz Klinikası Azercell-in uğurlu layihələrindəndir. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri də əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqların, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. İyul ayında Klinikanın həkimləri tərəfindən Qızıl Aypara Cəmiyyəti-nin təşkilatçılığı ilə 42 kimsəsiz və aztəminatlı şəxs müayinə və müalicə edilib. Duyğu Sosial Reabilitasiya İctimai Birliyində isə 35 uşaq klinikanın pulsuz yardımından yararlanıb, ehtiyacı olanlar pulsuz eynəklərlə təmin olunub.

Bildirək ki, layihə çərçivəsində təkcə ötən ildən etibarən ümumilikdə Mobil Göz Klinkası-nda 1500-dən artıq şəxs müayinədən keçib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə